Sipahinin 3 may saat 10:00-da məhkəməsi olacaq Sipahinin 3 may saat 10:00-da məhkəməsi olacaq

FETO-çu Ali Sipahi Braziliyada saxlanıldı

Sipahinin 3 may saat 10:00-da məhkəməsi olacaq

Türkiyənin Braziliyadan deportasiya edilməsini istədiyi FETO üzvünün tutulduğu deyilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETO üzvü Sipahi ABŞ-dan Sao-Paulo şəhərinə qayıdarkən 5 aprel tarixində Guarulhos hava limanında Braziliya Federal Polisi tərəfindən saxlanılıb.

Braziliya Ali Məhkəməsi Sipahinin saxlanılmasına 19 martda qərar verib.

Saxlanılan şəxsin Türkiyəyə qaytarılması tələbi isə Braziliya Ali Məhkəməsi tərəfindən dəyərləndirilir.

Hakim Edson Fachin Sipahinin 3 may saat 10:00-da məhkəmədə dinlənilməsinə qərar verib.

Braziliyanın Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində ictimaiyyətə açıq məlumatlara görə, Ali Sipahi 2007-ci ildən həmin ölkədə yaşayır. O, 13 oktyabr 2016-cı ildə Braziliya vətəndaşlığı alıb.

Pərvanə Ağazadə

AzNews.az