- Türkiyə
- 16 May 2019 15:57
- 2 934
“Anatolian Phoenix-2019” təlimlərində növbəti mərhələ - VİDEO + FOTOLAR

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib
Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin növbəti günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.
Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin iki Mi-35 və iki Mi-17 helikopteri iştirak edir.
AzNews.az


