Qadın pul ala bilməyəcəyi təqdirdə boşanacağını deyib Qadın pul ala bilməyəcəyi təqdirdə boşanacağını deyib

Ər arvadını dişlədi - Pula görə

Qadın pul ala bilməyəcəyi təqdirdə boşanacağını deyib

Türkiyənin Adana şəhərində 21 yaşlı Fatma G. adlı bir qadın evin ehtiyaclarını ödəmək üçün ərindən pul istəyib. Ancaq əri ona pul vermək istəməyib. Bu səbəbdən cütlük arasında dava yaranıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qadın pul ala bilməyəcəyi təqdirdə boşanacağını deyib. Əri bu sözdən əsəbiləşərək bıçaqla hücum edərək qadının qolunu cızıb, sonra isə dişləyərək döyüb.

Qadının qışqırıq səslərinə evə gələn qonşular vəziyyəti polisə bildirib.

Hadisə yerinə gələn polis qadını xəstəxanaya, əri isə ifadəsi alınmaq üçün mərkəzə aparıb.

Qeyd edək ki, Fatma G. 1.5 il əvvəl 28 yaşlı Çağdaş G. ilə ikinci evliliyini edib. Onun ilk evliliyindən 3 yaşlı oğlu var.

Səidə Vahid

AzNews.az