Ətrafdakı adamlar qıza kömək üçün onun yanına yığışıb Ətrafdakı adamlar qıza kömək üçün onun yanına yığışıb

Gənc qız qapısı açıq avtobusdan yerə yıxıldı

Ətrafdakı adamlar qıza kömək üçün onun yanına yığışıb

Türkiyənin Maltepe ərazisində içi sərnişinlərlə dolu olan avtobus hərəkətdə olarkən qapısı açıq qalıb. Bu zaman gənc qız avtobusdan yerə yıxılıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Bağlarbaşı məhəlləsinin İnönü küçəsində baş verib.

Qız arxadan gələn "KAMAZ" markalı yük maşının altında qalmaqdan son anda qurtulub.

Olay təhlükəsizlik kamerasına saniyəbəsaniyə düşüb.

Həmin an ətrafdakı adamlar qıza kömək üçün onun yanına yığışıb. Hadisə yerinə təcili yardım maşını gəlib və qızı xəstəxanaya aparıb.

Səidə Vahid

AzNews.az