Türkiyə Venesuelaya humanitar yardım göndərəcək

Türkiyə Venesuelaya 100 min dollarlıq dərman pereparatı göndərəcək

“Anadolu” agentliyi xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 21-ci Amerikaarası konfransda iştirak edən Türkiyənin Qızılay Cəmiyyətinin baş katibi Kerem Kınık bildirib.

Onun sözlərinə görə, humanitar yardım Panamanın hava məkanından keçməklə Venesuelaya çatdırılacaq.

K.Kınık deyib ki, rəhbərlik etdiyi cəmiyyət dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir: “Haiti, Meksika və Qvatemalada fəaliyyət göstərmişik. Venesuela Qızıl Xaç Cəmiyyətinin sədri ilə Qızılay Dərnəkləri Federasiyamızın Amerka Direktoruluğu görüşüb. İlk mərhələdə Venesuelaya Panama üzərindən 100 min dollarlıq dərman pereparatı göndərəcəyik. Hazırda bu istiqamətdə işlər görülür. Venesuelada hökumət və müxalifət nümayəndləri ilə humanitar yardım dəhlizi açılması barədə müzakirə aparılıb. Razılıq əsasında bu yardım oraya çatdırlacaq”.

Onun sözlərinə görə, Venesueladan Kolumbayaya 1,9 milyon qaçqın gedib və onlar humanitar yardıma möhtacdır: “İki ölkə arasında bununla bağlı müqavilə imzalayaraq əməkdaşlığımızı davam etdirəcəyik”.(report.az)

AzNews.az