İstanbulda İmamoğlu yenə qazandı!- Səsvermə bitmək üzrədir (YENİLƏNİR)

İstanbulun yeni bələdiyyə sədri məlum olub

Son nəticələrə görə, səslərin 99 faizinin sayılmasından sonra Əkrəm İmamoğlunun 54,03%
Binəli Yıldırımın isə 45,09 % səs yığıdığı məlum olub. Səs fərqi 777.581 təşkil edir.

***

İstanbulda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Səslərin 98,41 faizinin sayılmasından sonra açıqlanan ilkin nəticələrə görə, Ekrem İmamoğlu səslərin 53,97, Binəli Yıldırım isə 45,13 faiz səs toplayıb.

***

İstanbulda keçirilən seçkilərin ilkin nəticələri bəlli olub.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin haber3.com saytı verib.

Gələn nəticələrə görə, sandıqların 69 faizi açılıb.

Mənbə yazır ki, Əkrəm İmamoğlu 55.1, Binali Yıldırım 44.9 faiz səs yığıb.

Anadolu agentliyi isə sandıqların 95 faizinin açıldığını bildirir. Bu sonunclara görə, Əkrəm İmamoğlu 53.6, Binali Yıldırım isə 45.4 faiz səs toplayıb.

Ali Seçki Komissiyasının rəsmi məlumatı isə hələ açıqlanmayıb.

Pərvanə Ağazadə​

AzNews.az