"S-400" zenit-raket komplekslərinin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər

Rusiyadan alınan "S-400" zenit-raket komplekslərini Türkiyəyə çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Habertürk” telekanalında çıxışı zamanı bildirib.

"Ümid edirəm ki, "S-400" komleksinin tədarükü bu il bitəcək, ümumu proses isə 2020-ci ilin aprelinə kimi başa çatacaq. Bundan sonra yolumuza daha çox güvənərək davam edəcəyik".

Ərdoğan həmçinin Rusiyada hava müdafiə etmə sistemlərinin işlənməsində təlim ala biləcək Türk mütəxəssislərinin sayını artırma imkanını açıqlayıb.