Qadın 4-cü mərtəbədən çılpaq halda düşdü və...

O, 4 il öncə intihara cəhd edib

Türkiyənin Samsun şəhərində binanın 4-cü mərtəbəsindən çılpaq halda düşərək ağır yaralanan 49 yaşlı Hülya aparıldığı xəstəxanada həyatını itirib.

AzNews.az xəbər verir ki, hadisə dünən İlkadım bölgəsi, Fevzi Çakmak məhəlləsində meydana gəlib. Qışqırıq səslərini eşidən ətrafdakılar binanın bağçasında yerdə çılpaq yatan qadını görüncə polisə xəbər verib.

Adının Hülya olduğu öyrənilən qadın ambulansla Gazi dövlət xəstəxanasına aparılıb. Onun həyatı həkimlərin bütün müdaxilələrinə baxmayaraq qurtula bilməyib.

4 il öncə intihara cəhd edən və xeyli vaxtdır ki, psixoloji müalicə alan Hülyanın bir neçə gündür yaxınlarına "İçimdə fırtınalar qopur" dediyi bildirilib.

Polis qadının ölümü ilə bağlı araşdırma başladıb.

Səidə Vahid

AzNews.az

image description