Ən böyük istəyi Türkiyədə özəl sənət liseyi yaratmaqdır Ən böyük istəyi Türkiyədə özəl sənət liseyi yaratmaqdır

Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTO

Ən böyük istəyi Türkiyədə özəl sənət liseyi yaratmaqdır

Deyir ki, qazandığım uğurlara görə göydə Allaha, yerdə valideynlərimə, bir də həyat yoldaşıma borcluyam...

Atası Oqtay Kərimov psixologiya elmləri namizədidir. Bakı Dövlət Universitetində kafedra müdiri işləyib. Hazırda təqaüddədir. Anası Tahirə xanım isə uzun illər indiki Bakı Musiqi Akademiyasında çalışıb, sənətşünaslıq elmləri namizədidir. Ömür-gün yoldaşı Ertan Sarı ixtisasca kimyaçıdır. Ankarada Enerji Bakanlığında işləyir. İki övladı vardır. Oğlu Alim 15, qızı Ülviyyə Könül isə 11 yaşındadırlar...

Haqqında söhbət açdığım Pərvin xanım Kərimova-Sarı Bakıda dünyaya gəlib. Orta təhsilini 1995-ci ildə Bakı Xoreoqrafiya məktəbində başa vurub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblında işə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Bir il UNİCEF-in layihəsi üzrə Sabirabad rayonunda trninqlərdə iştirak edib. 1996-cı ildən Türkiyənin Samsun şəhərində məskunlaşıb...

Pərvin xanım Samsuna gələndən sonra dörd il studiyaların birində balet və rəqs müəllimi işləyib. Müəyyən təcrübə toplayandan sonra qərara gəlib ki, özəl studiya təsis etsin. Həyat yoldaşının dəstəyi ilə buna nail olub. 2000-ci ildə “Art Center Study” adlı studiya yaradıb. Hazırda həmin studiyanın həm direktoru və həm də müəllimidir. Burada balet və rəqslə yanaşı, piano kursları da fəaliyyət göstərir. Balet və rəqs kurslarını özü aparsa da, piano kurslarını isə anası Tahirə xanım aparır. Üst-üstə gələndə 120-dən çox uşaq bu studiyada təlimlər keçir. Bundan əlavə studiyada eyniadlı ansambl da fəaliyyət göstərir. 24 nəfərdən ibarət olan bu ansambl indiyədək bir sıra avropa ölkələrində keçirilən müsabiqələrdə qalib gəlib, müxtəlif mükafatlara layiq görülüb. Ansambl üzvləri bu günlərdə Praqada keçirilən növbəti müsabiqədən də əliboş qayıtmayıblar, geriyə mükafatla dönüblər...

Çox bacarıqlı, işgüzar xanmdır. Məqsədə doğru əzmlə irəliləməyi bacarır. Daim öz üzərində işləyərək yeni-yeni nailiyyətlərə imza atır. Bakı Xoreoqrafiya məktəbində mükəmməl təhsil verdiklərinə görə müəllimlərinə minnətdarlığını dilə gətirir. Tətbiqi sənətlə məşğul olmağı xoşlayır. Rəhbərlik etdiyi ansmbldakı rəqqasların geyimlərinin eskizlərini özü çəkir. Mütaliədən yorulmur. Ailəvi səyahət etməkdən zövq alır. İndiyədək Amerikada və bir sıra Avropa ölkələrində səfərdə olub...

Arzuları çoxdur. Bütün analar kimi arzularının əksəriyyəti övladları ilə bağlıdır. Ən böyük istəyi isə Türkiyədə özəl sənət liseyi yaratmaqdır. Əzmlə bu istəyinə doğru addımlayır.
Əlbəttə ki, əgər qismətində varsa o, buna da nail olacaq...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

image description image description image description image description