Prezident Taleh Şahsuvarlını "Tərəqqi" medalı ilə təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup jurnalisti Milli Mətbuatın 150 illiyi ərəfəsində təltif edib.

AzNews.az xəbər verir ki, Prezident bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32‑ci bəndlərini rəhbər tutaraq, Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə qərara alıram. Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər".

Prezidentin sərəncamı ilə AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı "Tərəqqi" medalı ilə təltif edilib.

Taleh Novruz oğlu Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. BDU-nun Tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı məktəbin nəzdində təşkil olunan Respublika Tarix Liseyini bitirib. "Fəlsəfə" və "Fəlsəfə tarixi" ixtisasları üzrə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistr pillələrində, həmçinin BDU Hüquq fakültəsində ikinci ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır.

AzNews.az