Boğaziçi Universitetinin məzunu olan Mehmet Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir Boğaziçi Universitetinin məzunu olan Mehmet Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir

“SOCAR Turkey”də yeni təyinat oldu

Boğaziçi Universitetinin məzunu olan Mehmet Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.

“SOCAR Turkey”dən verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.

Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O, Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.

Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsilə “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə ümumilikdə 14,2 milyard ABŞ dolları investisiya yatırıb.