“Atamın adının Siirtdə yaşayacağı üçün çox xoşbəxtəm” “Atamın adının Siirtdə yaşayacağı üçün çox xoşbəxtəm”

Müğənni atasının adına məktəb tikdirdi

“Atamın adının Siirtdə yaşayacağı üçün çox xoşbəxtəm”

Məşhur türk müğənnisi Hakan Altun atası Hasan Altunun adına tikdirdiyi məktəbin açılışını edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Siirtdə atasının xatirəsinə məktəb tikdirən Altunu açılışda dostları yalnız buraxmayıb.

Tədbirdən əvvəl Altun bu sözləri deyib: “Rəhmətlik atamın adının Siirtdə yaşayacağı üçün çox xoşbəxtəm. Bu gözəl məktəbdən Türkiyə Cümhuriyətinə xeyirli övladlar, mühəndislər, professorlar yetişməsini arzu edirəm”.

Aktyor Zafer Algöz açılışdan fotoları “Dəyərli dostum Hakan Altunu ürəkdən təbrik edirəm. Rəhmətlik atası Hasan Altun adına Siirtdə çox gözəl bir məktəb tikdirdi. Bizə də Siirtə gedib bu gözəl açılışda iştirak etmək nəsib oldu” başlığı ilə paylaşıb.

Səidə Vahid

AzNews.az

image description