Gül və Davudoğlu “Sülh Pınarı” hərəkatından yazdı - FOTOLAR

"Allah hərəkata qatılan bütün əsgərlərimizi qorusun"

Türkiyənin keçmiş prezidenti Abdullah Gül və keçmiş Baş Nazir Əhməd Davudoğlu Fərat çayının şərqində başlayan “Sülh Pınarı Hərəkatı” ilə bağlı fikirlərini bildiriblər.

Məsələ ilə bağlı Gül sosial şəbəkədə yazıb:

“Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək bölgəmizi hüzura qovuşdurmaq üçünbaşladılarn hərəkata başlayan qəhrəman ordumuzun vəzifəsini müvəffəqiyyətlə icra edib Mehmetçiyin sağ-salamat vətənə qayıtmalarını Allahdan diləyirəm. Bölgəmizdə təmin ediləcək sülhün daimiliyinin Suriyanın ərazi bütövlüyü əsas götürülərək böyük qüvvələrin qlobal hesabları və mənfəətindən asılı olmayan diplomatiya ilə də təmin edilə biləcəyi də unudulmamalıdır”.

Davudoğlu isə yazıb: “Türk Silahlı Qüvvələrinin “Sülh Pınarı Hərəkatı”nın bölgəyə sabitlik, təhlükəsizlik gətirməsini diləyirəm. Ümid edirəm ki, bu əməliyyat Suriyadakı qardaşlarımıza da sülh və təhlükəsizlik gətirəcək. Allah hərəkata qatılan bütün əsgərlərimizi qorusun”.(qafqazinfo.az)

AzNews.az