- Türkiyə
- 15 Oktyabr 2019 18:35
- 3 707
Suriyada Türkiyə ordusunun iki əsgəri şəhid oldu

Ən azı 15 terrorçu zərərsizləşdirilib
Suriyanın Menbic bölgəsindən terrorçular tərəfindən Türkiyə Silahlı Qüvvələrinin mövqeləri minaatanlardan və top mərmilərindən atəşə tutulub.
NTV telekanalının verdiyi xəbərə görə, nəticədə Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 8 əsgər yaralanıb.
Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, terrorçulara dərhal qarşılıq verilib, ən azı 15 terrorçu zərərsizləşdirilib.(apa.az)
AzNews.az