İnsanlar həmin işçini qadından qorumaq üçün hadisə yerindən uzaqlaşdırıblar İnsanlar həmin işçini qadından qorumaq üçün hadisə yerindən uzaqlaşdırıblar

Müsəlman qadın "Ölkəmizdə Şaxta babanın nə işi var" deyib, etiraz etdi - VİDEO

İnsanlar həmin işçini qadından qorumaq üçün hadisə yerindən uzaqlaşdırıblar

Türkiyədə bir qadın mağaza qarşısında dayanan Şaxta baba geyimli şəxslə mübahisə edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Ümraniyə rayonunda baş verib.

Belə ki, yoldan keçən vətəndaş mağaza qarşısında dayanıb Şaxta baba personajını canlandıran manekenə “Müsəlman ölkəsində yaşayırıq biz. Şaxta babanın bizim ölkəmizdə nə işi var?” deyərək qışqırıb.

Ətrafdakı insanlar tərəfindən qeydə alınan görüntülərdə mağaza əməkdaşı bununla çörək pulu qazanmağa çalışdığını izah edir.

Sonda insanlar həmin işçini qadından qorumaq üçün hadisə yerindən uzaqlaşdırıblar.

AzNews.az