"Halbuki, Türkiyə koronavirusa qarşı ən güclü tədbir görən ölkədir" "Halbuki, Türkiyə koronavirusa qarşı ən güclü tədbir görən ölkədir"

“Bu, əxlaqsızlıqdır” - Qərb mediasından Türkiyəyə qarşı təxribat

"Halbuki, Türkiyə koronavirusa qarşı ən güclü tədbir görən ölkədir"

“Qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir”.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfriliyinin mətbuat müşaviri Hüseyn Altınalan Qərb mediasından Türkiyəyə qarşı hazırlanan təxribat barədə danışarkən deyib.

Müşavir qeyd edib ki, koronavirus Çinin Uhan şəhərində ilk dəfə ortaya çıxdıqdan sonra dünyanın 118 ölkəsinə yayılıb: “Virus Çindən sonra daha çox İran, İtaliya və Cənubi Koreyada yayılıb. Türkiyədə isə yalnız iki nəfərdə aşkarlanıb. Virusun yayıldığı ölkələrin ard-arda qorunmaq üçün tədbirlər görməsi fonunda, prezident Donald Tramp da koronavirusun ölkəsinə təsirlərinin ardından ABŞ-dan Avropaya səyahəti qadağan etdi. Ancaq Qərb mətbuatı Avropaya səyahətə gətirilən qadağa ilə əlaqədar xəbərlərində Türkiyəyə aid fotoşəkillərdən istifadə edir. Bu, əxlaqsızlıqdır. Halbuki, Türkiyə koronavirusa qarşı ən güclü tədbir görən ölkədir. Türkiyədə yalnız iki yoluxma faktı qeydə alınıb və o xəstələrin ümumi vəziyyəti yaxşıdır. Ancaq buna baxmayaraq qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir”.

H.Altınalan əlavə edib ki, Türkiyənin gün keçdikcə daha da böyüməsini həzm edə bilməyən qlobal güclər bir daha heç bir əxlaq normasını tanımadıqlarını göstərirlər: “Qlobal media 3-5 koronavirusa yoluxma faktı olsa, az qala Türkiyəni Çin ilə bir tutacaq. Bu yanaşma əxlaq normalarına tamamilə ziddir”.

Ləman Hüseynzadə

image description image description image description image description