Türkiyədə şəhərlərə giriş-çıxış qadağasının müddəti artırıldı

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayılıb

Türkiyənin Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 4-də yerli vaxtla saat 00:00-a qədər uzadılıb.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayılıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabineti mayın 4-də növbəti toplantı keçirəcək. Videokonfrans formatında olacaq toplantının gündəliyində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə bağlı ölkədəki vəziyyət və mövcud qadağaların aradan qaldırılması yolları müzakirə olunacaq.