Bu tərz böhtan və ittihamlarla xarici siyasət aparmaq nə bölgəyə, nə də Ermənistana fayda vermir Bu tərz böhtan və ittihamlarla xarici siyasət aparmaq nə bölgəyə, nə də Ermənistana fayda vermir

Türkiyə XİN-dən Ermənistana siyasət dərsi - "Ağıllı ol!"

Bu tərz böhtan və ittihamlarla xarici siyasət aparmaq nə bölgəyə, nə də Ermənistana fayda vermir

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyəti ilə bağlı vacib bir bəyanat paylaşıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi, Ermənistan hakimiyyətinin ağıllı davranmalarını və Cənubi Qafqazdakı problemlərin deyil, həlli yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənmələrinin vacib olduğunu bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün verdiyi açıqlamada, indi də Türkiyəyə qarşı ikiüzlü bir ləkə yaxmaq istəməsi diqqət çəkib.

Açıqlamada daha sonra deyilir: “İllərdir Azərbaycan ərazisində qanunsuz işğalı davam etdirən Ermənistanın bu ikiüzlü münasibəti Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına əngəl olan bir dövlət olduğunu açıq və aydın şəkildə ortaya qoyur.

Bu tərz böhtan və ittihamlarla xarici siyasət aparmaq nə bölgəyə, nə də Ermənistana fayda vermir. Ermənistan tərəfi tez bir zamanda ağıllı davranmalı və Cənubi Qafqazda ən qısa müddətdə problemlərin deyil, həll yollarının bir hissəsi olmağı öyrənməlidir”.

Səidə Vahid

AzNews.az