Səhiyyə naziri məlumat verib Səhiyyə naziri məlumat verib

Türkiyədə koronavirusdan sağalanların sayı 227 min nəfəri ötüb

Səhiyyə naziri məlumat verib

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 891 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 212 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 244 392 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 227 089 nəfər təşkil edir. (Trend)

AzNews.az