- Türkiyə
- 16 Avqust 2020 22:49
- 5 341
Axtarışda olan daha bir terrorçu məhv edildi
Murat Kalko xüsusi antiterror əməliyyatı nəticəsində öldürüb
Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan daha bir təhlükəli PKK terrorçusu məhv edilib.
AzNews.az xəbər verir ki, Agit Garzan ləqəbli Murat Kalko İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən xüsusi antiterror əməliyyatı nəticəsində öldürüb.
Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyatda M.Kalko ilə bərabər PKK-nın digər altı aparıcı şəxsinin də öldürüldüyü bildirilir. M.Kalko bir sıra ağır cinayətlərin, o cümlədən qətl və terror aktlarının təşkilində və icrasında ittiham olunurdu.