Afrin rayon mərkəzində bir yük maşınına yerləşdirilən bomba partladılıb Afrin rayon mərkəzində bir yük maşınına yerləşdirilən bomba partladılıb

Afrində partlayış: Ölən və yaralananlar var

Afrin rayon mərkəzində bir yük maşınına yerləşdirilən bomba partladılıb

Suriyanın şimalındakı müxaliflərin nəzarətində olan Afrin bölgəsində bomba yüklü bir avtomobil ilə həyata keçirilən terror hücumunda 9 nəfər öldü, 43 nəfər yaralandı.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Zeytun dalı” əməliyyatı ilə terrordan təmizlənən Afrin rayon mərkəzində bir yük maşınına yerləşdirilən bomba partladılıb. Hatay qubernatorluğunun saytında yazılan açıqlamada, hücumda 9 mülki həyatını itirdiyi və 43 mülki vətəndaşın yaralandığı bildirilib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb: "Bu gün saat 18.00 radələrində Afrin Mərkez Zeytindalı kəsişməsində (kəsişmə) baş verən partlayış nəticəsində 9 mülkinin öldüyü və 43 mülkinin yaralandığı hadisə ilə bağlı araşdırma və şəxsiyyət araşdırmalarımız davam edir."

Səidə Vahid

AzNews.az