- Türkiyə
- 19 Sentyabr 2020 22:28
- 4 207
Türkiyədə sutka ərzində koronavirusdan ölənlərin sayı artdı

Ümumilikdə sağalan xəstə sayı 266 117-yə çatıb
Türkiyədə son sutka ərzində koronavirusdan 68 nəfər ( dünən 62) dünyasını dəyişib, 1538 nəfər (dünən 1771 nəfər) isə virusa yoluxub.
AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 7 445-ə, yoluxanların sayı isə 301 348-ə yüksəlib. Son 24 saat ərzində 1312 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə sağalan xəstə sayı 266 117-yə çatıb.