- İşin içi
- 18:40
- 1 016
Papoyan: Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır
Azərbaycan benzini Ermənistan bazarında yüksək tələbata malikdir, o çox sürətlə satılır.
Aznews.az xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
"Azərbaycan benzini (Ermənistanda - red.) çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez sərf edilir. O (Azərbaycan benzini - red.) bitdikdə, (Ermənistanda - red.) benzin qiymətləri artır", - nazir bildirib.
Azərbaycan Ermənistana neft məhsullarının tədarükünə ötən ilin dekabrında başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabrda Ermənistana 788,8 min ABŞ dolları dəyərində 1 min 210,28 ton "Premium Euro-95" markalı avtomobil benzini tədarük edilib.
Xatırladaq ki, bu gün Azərbaycan Ermənistana 4 500 ton dizel yanacağı göndərib.