Anar Quliyev Xankəndidə vətəndaşları qəbul edəcək

Martın 6-da, saat 10:00-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xankəndidə bu şəhərin, eləcə də Xocalı və Ağdərə rayonlarının sakinlərini qəbul edəcək.

Aznews.az xəbər verir ki, qəbul Komitənin səlahiyyətləri daxilində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə keçiriləcək.

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin http://arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 578, 599, 163) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.