Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib

İzmirdə zəlzələdə yaralananların sayı 607 nəfərə çatıb - 12 nəfər həlak olub

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub.

22:45

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralananların sayı 522 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələdən 4 bina tamamilə çöküb, 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.

20:15

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

19:20

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

18:45

Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Agentlik 12 binada axtarış-xilasetmə işləri həyata keçirildiyini bildirib.

İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib.

18:10

Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.