- Türkiyə
- 31 Oktyabr 2020 11:32
- 2 827
17 saat sonra daha üç nəfər xilas edildi
Hazırda 9 binada axtarış-xilasetmə işləri davam edir
İzmirdə baş verən güclü zəlzələdən 17 saat sonra daha üç nəfər dağıntılar altından yaralı halda çıxarılıb.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dağıntılardan çıxarılan İnci Okanın 16 yaşı var.
Bundan əlavə, 17 saat davam edən axtarış-xilasetmə işlərindən sonra Hülya Özmet və 50 yaşındakı Nurcan Tosun yaralı olaraq dağıntıların altından çıxarılıb.
Qeyd edək ki, hazırda 9 binada axtarış-xilasetmə işləri davam edir.