- Türkiyə
- 31 Oktyabr 2020 20:00
- 8 055
Süleyman Soylu koronavirusa yoluxub

“Twitter”də bildirib
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Xəbərə görə, bu barədə nazir “Twitter”də bildirib.
O, özü ilə bərabər həyat yoldaşı və qızının da COVID-19 testinin pozitiv çıxdığını qeyd edib.
Nazir özünün və ailə üzvlərinin səhhətlərinin normal olduğunu və həkimlərin tövsiyəsi ilə müalicələrini xəstəxana şəraitində davam etdirdiklərini vurğulayıb.
AzNews.az