- Türkiyə
- 26 Noyabr 2020 21:23
- 3 610
Türkiyədə koronavirusa yoluxma yenə artdı

Ümumilikdə 17 milyondan çox insan test olunub
Türkiyədə son sutka ərzində koronavirusdan 174 nəfər dünyasını dəyişib, 6876 nəfər isə virusa yoluxub.
AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 13,014-a, yoluxanların sayı isə 474,606-a çatıb.
Ümumilikdə 17 milyondan çox insan test olunub.