Peyvəndlənmə 4 mərhələdə həyata keçiriləcək Peyvəndlənmə 4 mərhələdə həyata keçiriləcək

Türkiyədə koronavirusa qarşı kütləvi peyvənd bu tarixdə başlanacaq

Peyvəndlənmə 4 mərhələdə həyata keçiriləcək

Türkiyədə əhalinin koronavirus əleyhinə kütləvi peyvənd olunmasına dekabrın 11-dən başlanılacaq.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə keçirdiyi iclasdan sonra səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

Bildirilir ki, peyvəndlənmə 4 mərhələdə həyata keçiriləcək.

Birinci mərhələdə tibb işçiləri və yaşı 65-dən yuxarı olan vətəndaşlar, əlillər evində və sığınacaqlarda yaşayan yetkin şəxslərə;

ikinci mərhələdə yüksək risk qrupuna aid olan sektorlarda və kritik işlərdə çalışan, yaşı 50-dən yuxarı olan və azı bir xroniki xəstəliyi olan şəxslərə;

üçüncü mərhələdə 50 yaşdan aşağı və azı bir xroniki xəstəliyi olan vətəndaşlar, gənclər və ilk iki qrupda göstərilməyən sektorlarda çalışanlara;

dördüncü və son mərhələdə isə ilk üç qrupdan kənarda olan bütün şəxslərə peyvənd vurulacaq.