Hadisə bu gün səhər saatlarında Sanko Universitetinin xəstəxanasında qeydə alınıb Hadisə bu gün səhər saatlarında Sanko Universitetinin xəstəxanasında qeydə alınıb

Türkiyədə koronavirus xəstəxanasında partlayış - 8 nəfər öldü

Hadisə bu gün səhər saatlarında Sanko Universitetinin xəstəxanasında qeydə alınıb

Türkiyənin Qaziəntəp şəhərində koronavirus xəstəxanasında oksigen cihazından qaynaqlanan partlayış baş verib.

AzNews.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sanko Universitetinin xəstəxanasında qeydə alınıb.

Nəticədə oksigen cihazına bağlı olan 8 nəfər koronavirus xəstəsi dünyasını dəyişib. Reanimasiyada olan 14 ağır xəstə isə başqa xəstəxanaya köçürülüb.