XİN başçıları dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin mövcud inkişafını da müzakirə ediblər XİN başçıları dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin mövcud inkişafını da müzakirə ediblər

Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

XİN başçıları dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin mövcud inkişafını da müzakirə ediblər

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

AzNews.az xəbər verir ki, üçtərəfli görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub.

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

Qeyd edək ki, üçtərəfli görüşə dair qəbul edilən bəyanatla əlaqədar nazirlər saziş imzalayıblar.

Üçtərəfli görüş zamanı XİN başçıları dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin mövcud inkişafını da müzakirə ediblər.(APA)