"Qadına şiddəti insanlığa qarşı bir cinayət kimi görürəm" "Qadına şiddəti insanlığa qarşı bir cinayət kimi görürəm"

Ərdoğan 8 martda qadına şiddəti pisləyib

"Qadına şiddəti insanlığa qarşı bir cinayət kimi görürəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

"8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə insanlığın ümidi olan bütün qadınları təbrik edirəm" deyən Prezident Ərdoğan "Qadınlara qarşı hər cür fiziki, ruhi şiddəti və ayrıseçkiliyi bir daha qınayıram və bunu insanlığa qarşı bir cinayət kimi görürəm " - deyə bildirib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailənin və sosial həyatın əsas sütunu olan qadınların təhsildən sənətə, iqtisadiyyatdan siyasətə qədər - bütün sahələrdə daha çox var olmalarına böyük əhəmiyyət verdiyini vurğulayan Ərdoğan mesajında ​​bunları söyləyib:

"Ölkəmizi daha inkişaf etmiş bir səviyyəyə çatdırmaq və hədəflərimizə çatmaq üçün millət olaraq gələcəyə qadınlar və kişilərlə çiyin-çiyinə addımlayacağıq. Qadınlarımızın ailə, təhsil, iş və ictimai həyatda qarşılaşdıqları problemləri, xüsusən şiddəti aradan qaldırmaq üçün bir çox hüquqi və inzibati islahatlar həyata keçirmişik. Şiddəti sərt bir şəkildə qınayıram".

İnsan Hüquqları Fəaliyyət Planında qadına şiddətə qarşı mübarizəni gücləndirmək üçün addımlar atdıqlarını xatırladan Prezident Ərdoğan "Digər tərəfdən, ailə quruluşumuzu zədələməyə yönəlmiş hər cür təşəbbüs və cəhdlərə qarşı dayanmağı da davam etdirəcəyik" deyib.

AzNews.az