Ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 071 nəfər dünyasını dəyişib Ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 071 nəfər dünyasını dəyişib

Türkiyədə son gündə koronavirusdan 59 nəfər həyatını itirib

Ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 071 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 59 nəfər olub.

Aznews.az bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 128 nəfər test edilib, onların 5575-nin koronavirus testi pozitiv nəticə verib. Bu gün koronaviruslu ağır xəstələrin sayı 856 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 071 nəfər dünyasını dəyişib.

Türkiyədə indiyədək 5 359 728 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 224 224 nəfəri müalicə olunaraq evə buraxılıb.