Manavqat rayonunda meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb Manavqat rayonunda meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb

Türkiyədəki yanğınlarda həlak olanların sayı yeddiyə çatıb

Manavqat rayonunda meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb.

Aznews.az xəbər verir ki, həlak olanlardan biri Türkiyə vətəndaşı, digəri isə onun almaniyalı həyat yoldaşıdır. Hazırda evdə araşdırmalar aparılır.

Bununla da Türkiyədə baş verən yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb.