Türkiyədə bu gün koronavirusdan 91 nəfər ölüb

Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 91 nəfər həyatını itirib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 270 042 nəfər test edilib, onların 22 898-nin koronavirus testi pozitiv nəticə verib, 5 947 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 73 809 477 peyvənd tətbiq edilib.