Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik

Türkiyə MN Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etdi və azərbaycanlı qardaşlarımızın qəlbində bir taxt qurdu. Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.