"Şuşa Bəyannaməsi"nin hər sətri mənim üçün də, Azərbaycandakı hər bir qardaşımız üçün də əmrdir, təlimatdır" - Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib "Şuşa Bəyannaməsi"nin hər sətri mənim üçün də, Azərbaycandakı hər bir qardaşımız üçün də əmrdir, təlimatdır" - Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib

Türkiyə səfiri: "Şuşa Bəyannaməsi"nə şahidlik etmək mənim üçün şərəfdir" - VİDEO

"Şuşa Bəyannaməsi"nin hər sətri mənim üçün də, Azərbaycandakı hər bir qardaşımız üçün də əmrdir, təlimatdır" - Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib

"Bu 30 ilin bəlkə də ən əhəmiyyətli tarixi anı Azərbaycanın kədər və hüznünün sevincə, zəfərə çevrilməsidir. Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Qarabağda Zəfərin qazanılmasıdır ki, bu da əlaqələri müttəfiqlik səviyyəsinə qaldırıb".

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, "Şuşa Bəyannaməsi" bunun dünyaya bəyanıdır. 15 iyun 2021-ci ildə "Şuşa Bəyannaməsi" imzalanıb. Bu, bir səfir kimi adıçəkilən tarixi hadisəyə şahidlik etmək mənim üçün şərəfdir. "Şuşa Bəyannaməsi"nin hər sətri mənim üçün də, Azərbaycandakı hər bir qardaşımız üçün də əmrdir, təlimatdır. Biz münasibətləri daha irəliyə aparmaq üçün çalışırıq".

Səfir onu da diqqətə çatdırıb ki, 30 ilin xülasəsi əslində münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsidir: "Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi dövründəki Türk Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatına çevrilib. Bu, bizim birlikdə qazandığımız uğurdur, 5 üzv ölkə və 2 müşahidəçi ölkənin çiyin-çiyinə qazandığı uğurdur. Biz təkcə enerji, müdafiə sahəsində deyil, hər sahədə birlikdə addımlamalıyıq".