"Müharibə mühiti, psixoloji vəziyyət bizi məyus edir",- Türkiyə lideri qeyd edib "Müharibə mühiti, psixoloji vəziyyət bizi məyus edir",- Türkiyə lideri qeyd edib

Rusiya və Ukrayna prezidentləri arasında üzbəüz görüş təşkil etmək istəyirik - Ərdoğan

"Müharibə mühiti, psixoloji vəziyyət bizi məyus edir",- Türkiyə lideri qeyd edib

Ankara Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında üzbəüz görüş təşkil etmək istəyir.

Aznews.az 'RİA Novosti'yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Müharibə mühiti, psixoloji vəziyyət bizi məyus edir, çünki biz hər iki tərəflə yaxşı münasibətdə olan bir ölkəyik. Ümid edirik ki, hörmətli Putinlə Zelenski arasında görüş təşkil edək, göz-gözə, üz-üzə görüşə nail olaq", - deyə Ərdoğan mətbuat konfransında bildirib.

Türkiyə lideri qeyd edib ki, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək.