"Anadolu Qartalı - 2022" təlimi başa çatıb

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb

Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Qartalı-2022" beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, İordaniya və Pakistanın Hərbi Hava və Dəniz Qüvvələri də iştirak edib.