- Türkiyə
- 2 Avqust 12:20
- 3 361
Azərbaycan-Ermənistan normallaşma prosesinin uğurla bitməsini arzulayırıq - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri qeyd edib ki, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması bütün bölgə ölkələrinin xeyrinə olacaq
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin uğurla bitməsini arzulayırıq.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, iqtisadiyyat və rabitə nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması bütün bölgə ölkələrinin xeyrinə olacaq: "Azərbaycan-Ermənistan normallaşma prosesinin uğurla başa çatmasını arzu edirik".