Yunanıstan XİN: "Türkiyə xalqı və hökuməti ilə həmrəyik"

Yunanıstanın Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş və nəticəsində 68 nəfərin yaralandığı zəlzələ ilə bağlı tviterdə paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

"Fikirlərimiz Türkiyənin şimal-qərbində yerləşən Düzce vilayətində baş verən zəlzələdən zərər çəkən hər kəslədir. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Bu çətin vaxtda Türkiyə xalqı və hökuməti ilə həmrəyik".

Pərvanə