"Dostumuzu bir yerdə dost, düşmənimizi isə yenə birlikdə düşmən bilərik"

'Türkiyə və Azərbaycana qarşı təhdid və təxribat haradan və kimdən gəlməyindən asılı olmayaraq hər iki ölkəyə qarşı olduğunu qəbul edərik".

AzNews.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirilən "Qardaş Yumruğu" hərbi təliminin "Yüksək səviyyəli müşahidəçi günü"ndə deyib.

"Dostumuzu bir yerdə dost, düşmənimizi isə yenə birlikdə düşmən bilərik. Buna heç kimin şübhəsi olmasın", - deyə o bildirib.

Pərvanə