Uşaqların səsinə əsəbiləşib qonşusunu güllələdi

Uşaqların səs-küy salması səbəbilə başlayan mübahisə nəticəsində qonşusunu güllələyən şübhəli ədliyyəyə sövq edilib.

AzNews.az xəbər verir ki, hadisə dekabr ayının 8-də Türkiyənin Bursa şəhərində qeydə alınıb.

İddiaya görə, İsmət adlı şəxs qonşusu Süleyman Ö. ilə uşaqlarının səs-küy salmasına əsəbiləşərək mübahisə etməyə başlayıb. Müzakirənin böyüdüyü hadisədə İsmət belindəki silahı çıxararaq Süleymana atəş açmağa başlayıb.

6 güllə dəymiş gəncin həyat yoldaşı təcili yardıma zəng edib. Hadisə yerinə sağlamlıq və polis qrupları gəlib. Təcili yardımla xəstəxanaya aparılan Süleyman Ö. əməliyyata alınıb.

Hadisədən sonra polis qaçan şübhəli saxlayıb.

Pərvanə