Çox güman ki, atəş açan şəxs təkbaşına hərəkət edib - Tramp

“Vaşinqtondakı Hilton oteldə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib”.

Aznews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

"Atıcı çox güman ki, təkbaşına hərəkət edib. Çox tezliklə bunu biləcəyik", - Tramp deyib.

Tramp bundan başqa həmin şəxsin bir neçə silahla silahlandığını deyib.

Tramp onu da qeyd edib ki, hadisə zamanı ABŞ Gizli Xidmətinin əməkdaşlarından biri vurulub, lakin onun zirehli geyimi onu ciddi xəsarətdən xilas edib.

"Zabitlərdən biri vurulub, lakin onun güllə keçirməyən jilet geyinməsi onu xilas edib. O, çox yaxın məsafədən çox güclü silahla vurulub, amma jileti işə yarayıb. Mən həmin zabitlə danışdım və o, əla vəziyyətdədir", - deyə Tramp bildirib.