- Türkiyə
- 19 Fevral 2023 23:25
- 5 885
Türkiyənin zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur

“Türkiyənin zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur”.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tviter hesabında yazıb.
Nazirin sözlərinə görə, suçiçəyi xəstəliyinə 1 yoluxma aşkar edilib.
O, qeyd edib ki, kəskin bağırsaq infeksiyalarına yoluxma hallarında artım var. Bununla yanaşı, xəstəxanaya yerləşdirilən xəstələr azdır.