- Türkiyə
- 18 Mart 23:06
- 2 182
Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb

Türkiyənin Çanaqqala şəhərində Azərbaycan şəhidləri abidəsi ucaldılıb.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tvitter hesabında yazıb.
“Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib”, - səfir qeyd edib.
Mərasimdə bir sıra şəxslər iştirak edib.