- Türkiyə
- 3 Aprel 09:18
- 2 267
Türkiyə-Misir normallaşma prosesi: Səfir təyinatı ilə bağlı qərar verə bilərik

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatında 30 Mart - Beynəlxalq Sıfır Tullantı Günü ilə bağlı xüsusi sessiyaya qatılmaq üçün Nyu-Yorka gedib.
AzNews.az xəbər verir ki, nazir Türkevində bir qrup türk jurnalistə açıqlama verib.
O, aprelin 3-4-də Moskvada Türkiyə, Rusiya, Suriya və İranla nazir müavini səviyyəsində dördtərəfli görüş keçiriləcəyini bildirib.
Misirlə normallaşma prosesində sürətlənmə olduğunu dilə gətirən Çavuşoğlu, səfirlərin yenidən təyinatı ilə bağlı qərarın verilə biləcəyini deyib.