- Türkiyə
- 22 Aprel 23:59
- 8 478
Türkiyə ABŞ-ı terror dövləti yaratmaq cəhdində ittiham edib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı Türkiyə sərhədləri yaxınlığında terror dövləti yaratmaq cəhdində ittiham edib.
Aznews.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu şənbə günü CNN Türk-ə müsahibəsində deyib.
“Amerika bizim yanımızda terror dövləti yaratmaq istəyir. Bu terror dövlətini yaratdığı andan etibarən əvəzi ödənəcək. Biz ehtiyat tədbirləri görürük. Buna qarşı dörd böyük əməliyyat həyata keçirdik”, - Soylu bildirib.
Bununla bağlı o, ABŞ-ın Əfqanıstandakı uğursuz missiyasını, İraq və Suriyanın daxili işlərinə müdaxiləsini xatırladıb.
“Amerika uzun müddətdir terror dövləti yaratmağa çalışır. 40 ildən artıqdır ki, Türkiyə bununla mübarizə aparır”, - DİN rəhbəri vurğulayıb.