Türk komandoları Kosovoda müşahidələrini davam etdirirlər

Aprel hadisələrindən sonra NATO-nun tələbi ilə bölgəyə gedən türk komandoları 38 dərəcə qızmar istinin altında keşiklərini davam etdirir.

Aznews.az xəbər verir ki, Kosovo və Serbiya arasında gərginlik türk komandolarının bölgədə məskunlaşması ilə sakit olaraq qalır.

Türk komandoları Zveçanda iştirak edərək, ola biləcək gərginlik təhlükəsinə qarşı təhlükəsizliyi təmin etməyə davam edir.

Təxminən 3 aya yaxındır xidmətdə olan türk komandoları son illərin ən isti havasında Kosovoda vəzifələrini davam etdirirlər.

Onlar avqustun sonuna kimi regionda yerləşdiriləcək.

Mövsüm