Belarus Çanaqqalada Fəxri Konsulluq açıb

Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç ölkəsinin Çanaqqaladakı fəxri konsulluğunun açılış mərasimində iştirak edib.

Ambrazeviç açılışın Belarus və Türkiyə münasibətləri baxımından əhəmiyyətli bir addım olduğunu bildirib.

Çanaqqala valisi İlhami Aktaş Belarusla əməkdaşlığın mədəniyyət, turizm, ticarət və təhsil sahələrində imkanlar təqdim edəcəyini vurğulayıb.

Mərasimdə Çanaqqala ilə Belarus arasında əməkdaşlıq protokolu imzalanıb.

Mövsüm

Aznews.az